Yenə boşanma xəbərləri yayıldı

29.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Məşhur türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirdən boşanacağı barədə yenidən məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Söylemezsem Olmaz” verilişində bildirilib.

İddialara görə, Özdemir Gündeşin xərclərinin çox olduğunu və qarşılaya bilmədiyini etiraf edib.

Boşanmağa qərar verən cütlük evlərini ayırıb. Ebru hazırda Dubaydakı evində, Murat isə hoteldə qalır.

İkili vəkillərinə artıq müraciət edib, bir neçə gün sonra məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, Ebru Gündeş bu ilin fevral ayında Murat Özdemirlə ailə həyatı qurub. Bu, Ebrunun 4-cü evliliyidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью