Yenə boşanma xəbərləri yayıldı FOTO

29.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Məşhur türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirdən boşanacağı barədə yenidən məlumat yayılıb.

Bu barədə “Söylemezsem Olmaz” verilişində bildirilib.

İddialara görə, Özdemir Gündeşin xərclərinin çox olduğunu və qarşılaya bilmədiyini etiraf edib.

Boşanmağa qərar verən cütlük evlərini ayırıb. Ebru hazırda Dubaydakı evində, Murat isə hoteldə qalır.

İkili vəkillərinə artıq müraciət edib, bir neçə gün sonra məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, bir neçə ay öncə də onların boşanmaq istədiyi barədə məlumat yayılmış, daha sonra E. Gündeş tərəfindən təkzib olunmuşdu.

Xatırladaq ki, Ebru Gündeş bu ilin fevral ayında Murat Özdemirlə ailə həyatı qurub. Bu, Ebrunun 4-cü evliliyidir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью