“Yenə bu payız” kitabının təqdimatı keçirilib

30.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (QHİM) şairə Natəvan (Aslan) Mehdiyevanın şeir, bayatı və miniatürlərindən ibarət “Yenə bu payız” adlı kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Gürcüstan və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra QHİM-in direktoru Rezo Həsənov kitabın gənclər və həvəskar yazarlar üçün örnək olduğunu bildirib. O, Natəvan Mehdiyevanın istedadlı şairə olduğunu, onun yaradıcılığa böyük həvəsi olduğunu, bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərdiyini təqdir edib.

Kitabın müəllifi Natəvan Mehdiyeva çıxış edərək “Yenə bu payız” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, ana dilində şeir və bayatıların yazılmasının milli kimliyimizin, zəngin mədəni irsimizin və ədəbi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sabiq deputat, tarixçi və tədqiqatçı Ramiz Bəkirov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, tədqiqatçı və “Maarif” təşkilatının direktoru Aygül İsayeva, Abdallı və Dəllər ictimai məktəbinin fizika müəllimi Zöhrab Aslanov, Qoçulu ictimai məktəbinin direktoru və Azərbaycan dili müəllimi Vənnahar Qəhrəmanova, Həsənxocalı və QHİM-in gürcü dili müəllimi Alidə Məmmədəlizadə, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zakir Məmmədov, Qoçulu ictimai məktəbinin gürcü dili müəllimi Nənəxanım Bayramova, Kəpənəkçi ictimai məktəbinin gürcü dili müəllimi Nailə Məmmədova, Abdallı ictimai məktəbinin əməkdaşı Nana Landoraşvili və həvəskar şair Xasməmməd Alıoğlu çıxış edərək, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb, eyni zamanda gələcək əsərləri ilə bağlı tövsiyə və təkliflərini bölüşüblər.

QHİM-in fəal üzvlərindən Aytac Bayramova “Yenə bu payız” kitabından bir neçə şeir səsləndirib.

Şairə Natəvan Mehdiyeva öz imzası ilə iştirakçılara kitablar təqdim edib. 

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью