Yenə Elvin, yenə Duran... Canlı Yenilənir

21.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ÇL-nin Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək.

Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur

21 yanvar “Qarabağ” – “Ayntraxt”

Hakimlər: Sandro Şerer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu.

Saat 21:45.

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov.

“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Ehtiyat heyət: Setterer, Qral, Amenda, Oskar Heylunn, Şaybi, Daud, Baoyya, Buta, Qetse, Dumbiya, Dills, Ştaff.

***

Texniki problemə görə 21:45-də start fiti səslənməli olan matç yubanır.

***

Matç başladı.

***

Matçın 4-cü dəqiqəsində K.Duran komandamızı hesabda önə çıxarır.

***

11-ci dəqiqədə “Ayntraxt” hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

“Ayntraxt” 78-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə hesabda önə çıxır.

***

80-cı dəqiqədə Kamilo Duran bərabərlik qolunu vurur.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью