Yenə hava xəbərdarlığı

21.02.2025

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qar yağacaq, yollar buz bağlayacaq

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. AYNA bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Gündüz saatlarında yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə və gündüz 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Bəzi bölgələrdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью