Yenə narkotik çəkib maşın sürdü, həbs olundu

19.12.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Abşeronda yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü Kamran Bədəlov saxlanılıb.

Lent.az xəbər verir ki, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı K.Bədəlovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Bədəlov 20 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, həmin sürücü bir müddət əvvəl də avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün məsuliyyətə cəlb edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью