Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli şərhçi Ertem Şener “Beyaz Futbol” verilişində “Qarabağ” klubunun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun ona hədiyyə etdiyi formaları təqdim edib.
Futbolpress.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Şener paylaşımda bunları qeyd edib:
“Çempionlar Liqasında uğurla mübarizə aparan “Qarabağ”ın dəyərli idarəçisi Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun forma hədiyyələrini şərhçilərimizə təslim etdim. “Beyaz Futbol”dan ürəkdən uğurlar”.