Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
İvan Haseklə yollarını ayıran Çexiya millisində baş məşqçi postuna namizədlərdən biri Fatih Terimdir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Denik” nəşri məlumat yayıb. Federasiya nümayəndələrinin yaxın zamanda Terimlə danışıqlara başlayacağı bildirilir.
Türkiyəli mütəxəssisin adı daha əvvəl də bir neçə dəfə Çexiya yığması ilə hallanıb.
Fatih Terim son olaraq Səudiyyə Ərəbistanıda “Əl Şabab”da çalışıb.