Yeni administrasiya az müddətdə ölkəyə ciddi ziyan vurub Bayden ilk dəfə çıxış etdi

16.04.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin keçmiş prezidenti Co Bayden prezidentlik müddəti bitdikdən sonra ilk ictimai çıxışını Çikaqoda Sosial Təminatın qorunmasına həsr olunmuş konfransda edib.

"Unikal" xəbər verir ki, tədbir CNN tərəfindən yayımlanıb. 

Çıxışında Bayden varisi Donald Trampın adını çəkmədən, ancaq “o oğlan” ifadəsini işlətməklə onun siyasətini tənqid edib. O, miqrantlara qarşı görülən tədbirləri, habelə dövlət işçilərinin sayının kəskin şəkildə azaldılmasını pisləyib ki, bu da onun fikrincə, “dövlət dəstəyinə ehtiyacı olan amerikalılar üçün ciddi risklər yaradır”.

Bayden bildirib ki, yeni administrasiya artıq 100 gündən az müddətdə ölkəyə ciddi ziyan vurub. O, ABŞ-nin xarici borcunun artması ilə bağlı narahatlığını ifadə edib, onun fikrincə, bu, milyarderlər və iri korporasiyalar üçün vergiləri azaltmağa çalışan respublikaçıların hərəkətləri ilə bağlıdır.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью