Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanınmış tamada Natiq Dağlaroğlu qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, “Qonaqcanlı” verilişində yeni evlənən qızı ilə görüşmədiyini, telefonla danışmadığını bildirib.
Lakin N. Dağlaroğlunun fikirləri birmənalı qarşılanmayıb:
“Qızım evləndikdən sonra onu görməmişəm. Getdiyi evə uyğunlaşmalıdır, sonra atasını görməlidir.
İndi qızlar evlənir ata səhəri gün evinə gedir, bu nə dərəcədə düzgündür. Qız o evə öyrəşməlidir, daha mənim qızım deyil.
Canımdır, amma qayınana-qayınatasına öyrəşməlidir, sonra atası gedər”.
Bundan sonra ata-qız efirdə canlı bağlantı vasitəsilə danışıb.
Sara, Bizim.Media