Yeni artımlar olacaq Şad xəbər

24.03.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət başa çatır.

Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə də artımlar olacaq.

"Builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq",-deyə deputat əlavə edib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью