Yeni Aston Martin avtomobillərində problem aşkarlandı

24.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Aston Martin" ABŞ-də 1452, digər bazarlarda isə 120-dən çox avtomobilini geri çağıracaq.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, 2024 və 2025-ci il istehsalı olan üç "Aston Martin" modelində arxa görüntü kamerasında problem aşkar edilib. Bu problem görüntünün düzgün göstərilməsinə mane ola bilər.

Bəzi hallarda problemi yalnız proqram təminatını yeniləməklə həll etmək mümkün olmur.

Geri çağırılma 2024-cü ilin mart ayından etibarən istehsal edilmiş "DB12", "DBX707" və "Vantage" modellərinə aiddir. Sentyabrdan əvvəl zavoddan çıxan superkarlarda və krossoverlərdə bu problemi rəsmi servis mərkəzində proqramın yeniləməsi ilə aradan qaldırmaq mümkündür.

(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью