Yeni azadlığa çıxan stilist vəfat etdi

19.02.2026

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat edib.

OLAY yazır ki, bu barədə mərhumun yaxın ətrafı  xəbərshow-a məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl həbs olunan və bir neçə ay öncə əfv edilərək azadlığa buraxılan stilist səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Onun pnevmoniyadan vəfat etdiyi qeyd olunub.

Sərxan Yadigarov uzun illər şou-biznes nümayəndələri ilə əməkdaşlıq edib. O, Xalq artisti Aygün Kazımova başda olmaqla bir çox tanınmış ulduzların stilisti kimi çalışıb. Stilistin son əməkdaşlıqlarından biri isə müğənni Rəqsanə İsmayılova ilə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью