Yeni Azərbaycan Partiyası: Dayanıqlı gələcəyin təminatı | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 21-də, Zəfər ayında Azərbaycanın ən mütəşəkkil və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yaranmasının 32-ci ildönümünü qeyd edir.
Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin Sədri olduğu partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın, güclü və müstəqil dövlətin təminatçısı kimi şərəfli yol keçib, tarixi Zəfərin tamamlanması ilə Azərbaycan qarşısında duran bütün məqsəd və vəzifələri, irəli sürdüyü hədəflərə nail olub.
YAP-ın yaranma tarixi Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, eyni dövrə təsadüf edir.
Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycan parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşəndə yeganə ümid və nicat yolu Naxçıvana – Ali Məclisin Sədri Heydər Əliyevə dikilmişdi.
Ölkədəki hakimiyyətsizlik mühitində Azərbaycanın yeni tarixinə “91-lər” kimi daxil olmuş ziyalıların 1992-ci il oktyabrın 16-da xalqın arzu və istəklərini ifadə edən tarixi müraciətinə müsbət cavab verən Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə təxminən bir ay sonra, noyabrın 21-də yaranan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə daxil olması ilə bugünkü qalib Azərbaycanın tarixi və siyasi müqəddəratı da dəyişmiş oldu.
Heydər Əliyev canından əziz sevdiyi Azərbaycanın ümummilli taleyini hər şeydən üstün tutaraq ağır bir şəraitdə bütün məsuliyyəti öz çiyinlərinə götürərək ümumxalq partiyasına rəhbərlik etməyə başladı.
O, Yeni Azərbaycan Partiyasının qurulmasına razılıq verməklə ölkədəki siyasi gərginliyin və ümidsizliyin qarşısını aldı, xalqda gələcəyə olan dərin inamın təməllərini qoydu.
Tam oxu
Xəbəri oxu