Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.
"AzPolitika" xəbər verir ki, hadisə "Yeni Bakı" yaşayış massivində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.