Icma.az bildirir, Qol.az portalına istinadən.
“Mançester Yunayted” “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, baş məşqçi Maurisio Poçettino argentinalı futbolçunu transfer siyahısında ilk sıraya daxil edib. Bu barədə “Indykaila News” məlumat yayıb.
Argentinalı mütəxəssis 22 yaşlı futbolçunun növbəti mövsüm başlamazdan əvvəl transferini hədəfləyir. Pasın keçidi komandanın yenidən qurulmasında əsas addımlardan biri hesab olunur.
Klub rəhbərliyinin də bu transferi reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanına malik olduğu bildirilir.
Qeyd edək ki, Niko Pas cari mövsüm bütün turnirlərdə 14 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.