Yeni baş məşqçisi Dadaşovu təriflədi: Güclü və döyüşkəndir

25.02.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşanın "Radomyak" klubunun baş məşqçisi Joao Enrike Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb. Sport24.az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında 25 yaşlı forvardı tərifləyib.

"Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. O, Tapsoba və ya Perottidən fərqlidir.  Renat daha çox rəqibin cərimə meydançasında olur. Çünki güclü və döyüşkəndir".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Ankaragücü" klubundan ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzlaayıb. Müqaviləyə uzadılma variantı da daxildir.

Xatırladaq ki, "Radomyak"da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью