Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verib.
Son zamanlar “Leyborist” partiyası yaranmış daxili narazaılıqlar fonunda Starmerə qarşı tez-tez səslənən istefa çağırışları artıq öz nəticəsini verib.
Starmer bildirib ki, artıq Böyük Britaniya Kralı Çarlzı qərarı barədə məlumatlandırıb və “Leyborist” partiyasının yeni lideri seçilənə qədər Baş nazir olaraq qalacağını bildirib.
Lakin Kir Starmerin hökumət rəhbəri postunu tərk etməsi Britaniyada növbədənkənar seçkilərin keçirlməsinə səbəb olmayacaq.Yeni baş nazirin parlamentdə çoxluq təşkil edən Leyboristlərin sırasından keçiriləcəyi gözlənilir.
Kir Starmer “Leyborist” partiyasının icra komitəsindən yeni liderin seçilməsi prosesini təşkil etməsini xahiş edib.
Bu proses iyulun 9-da başlamalı və bir həfə ərzində, yəni iyulun 16-da parlament üzvləri yay tətilinə çıxdığı zaman başa çatmalıdır.
Britaniyanın növbəti hökumətinə Böyük Mançesterin keçmiş meri Endi Börnhemin rəhbərlik edəcəyi gözlənilir.O, ötən həftə İngiltərənin şimal-qərbindəki Makerfild seçki dairəsi üzrə keçirilən növbədənkənar seçkilərdə uğurlu qələbə qazanıb.
Baş nazir vəzifəsinə seçkilərdə başqa namizədlərin də iştirak edəcəyi mümkündür. Buna baxmayaraq, Britaniya siyasətçiləri və jurnalistləri Börnhemin əsas və çox güman ki, yeganə namizəd olacağını deyirlər.
“Leyborist” partiyasında bir çoxları ümid edir ki, Börnhemin baş nazir postuna gəlməsi Naycel Fərəcın sağçı populist “Birləşmuş Krallığın İslahat” partiyasının artan populyarlığını bir təhlükə kimi dəf etməkdə kömək edəcək.
Endi Börnhem Liverpul şəhərətrafı ərazilərində anadan olub. O, Liverpul ilə Mançester arasında yerləşən Kalçet kəndində böyüyüb. Hazırda o, doğma kəndindən bir az aralıda yerləşən Makerfild seçki dairəsindən İcmalar Palatasına namizədliyini irəli sürməyi planlaşdırır.
Katolik məktəbində oxuduqdan sonra Endi Börnhem Kembric Universitetinə daxil olub və ingilis ədəbiyyatı üzrə təhsil alıb. Özünün dediyinə görə, o, 15 yaşında “Leyborist” partiyasına qoşulub.
Universitetdən sonra Börnhem əvvəlcə ixtisaslaşmış jurnallarda jurnalist kimi çalışsa da, tezliklə tamamilə siyasətə keçib. 2001-ci ildə o, İcmalar Palatasının üzvü seçilib.
Sonra Toni Bleyer və Qordon Braunun hökumətlərində müxtəlif vəzifələrdə çalışıb. Braun hökumətində əvvəlcə mədəniyyət, daha sonra isə səhiyyə naziri vəzifələrini tutub.
2017-ci ildə təxminən üç milyon əhalisi olan Böyük Mançester şəhərinin mer seçkilərində qalib gələn Börnhem İcmalar Palatasından istefa verib. Sonra iki dəfə o, bu şəhərin meri seçilib.
Mətbuat və siyasətçilər onu “COVID” dövründə karantin tədbirlərinə qarşı çıxdığına görə, “Şimal Kralı” adlandırırdılar. 2026-cı ilin may ayıın 14-də Merkfeldin meri seçilən Börnhem Britaniyanın ən popular siyasətçisinə çevrilib.
Börnhem Leyboristlərin sol qanadının, lakin onun “yumşaq” hissəsinin nümayəndəsi hesab olunur. Faiz ödənişləri büdcə üçün əhəmiyyətli bir yük olduğunu nəzərə alan investorlar baş nazir Börnemin rəhbərliyi altında Britaniya hökumətinin borclanmanı artıra biləcəyindən qorxurlar.
Börnhem Starmer hökumətinin istiqraz bazarındakı asılılığından qurtaracağını vəd edir. O, buna nail olmaq üçün dövlət borcunun həcmini məhdudlaşdırmaq cəhdlərinə son qoymağı təklif edir.
Yeni baş nazirin sərt iqtisadi islahatlara başlayacağı gözlənilir. Börnhemin mer olduğu dövrdə Mançester London xaricində avtobus xidmətini milliləşdirən ilk şəhər olub.
Eləcə də, Börnem Baş nazir Starmerin rəhbərliyi altında dəmir yolu şirkətlərinin yenidən milliləşdirilməsi siyasətini dəstəkləyir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin