Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qoşulma texniki şərtlər əsasında həyata keçirilir. Əvvəlcə binanın istilik tələbatı və mövcud şəbəkənin imkanları qiymətləndirilir. Yeni binanın qoşulması artıq xidmət alan sakinlərin istilik təminatını pisləşdirməməlidir".
Bunu BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Qurum rəsmisi əlavə edib ki, texniki şərtlərə uyğun layihə hazırlanır, istilik xətlərinin çəkilməsi və zəruri tikinti işləri sifarişçinin vəsaiti hesabına görülür:
"İşlər yoxlanıldıqdan və sənədlər rəsmiləşdirildikdən sonra qoşulma tamamlanır. Müraciət qaydası və tələb olunan sənədlər barədə 956 Çağrı Mərkəzindən və müvafiq "ASAN" xidmət nöqtələrindən məlumat almaq olar. Yeni bina tikənlərə bu məsələni layihələndirmə mərhələsində dəqiqləşdirməyi tövsiyə edirik".
Orxan Hüseyn