Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. ABŞ prezidenti Donald Tramp Venesuelaya məxsus iki hərbi təyyarənin ABŞ donanma gəmis
Qaynarinfo xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronın buna cavabı özünü çox gözlətməyib.
O, ABŞ-ın mümkün hərbi müdaxiləsinə cavab olaraq deyib: "Əgər Venesuela hücuma məruz qalarsa, silahlı mübarizə mərhələsinə keçiləcək".
Tramp Oval ofisdə keçirdiyi mətbuat konfransında Venesuela təyyarələrinin ABŞ donanmasına yaxın manevrlərinə münasibət bildirərkən, kapitanların təhlükə yaranacağı halda hərbi qərarı özlərinin verəcəyini vurğulayıb: "Başları bəlaya girəcək.
Əgər təhlükəli vəziyyət yaratsalar, o təyyarələr vurulacaq".
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi isə Venesuela təyyarələrinin beynəlxalq sularda ABŞ gəmisinə yaxın uçduğunu açıqlamışdı.
Maduro isə paytaxt Karakasda ordu komandanları ilə görüşündə Trampın təhdidinə cavab olaraq bildirib: "Biz hazırda silahsız mübarizə mərhələsindəyik.
Bu mərhələ siyasi və institusional xarakter daşıyır. Lakin Venesuela hücuma məruz qalarsa, silahlı mübarizə mərhələsinə keçəcəyik".