Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Şimal yarımkürəsində yeni bir virus yayılmağa başlayıb:
Newscenter.az TASS-a istinadən bildirir ki, virus H3N2 adlanır.
Qlobal səhiyyə mütəxəssisləri iyun ayında ortaya çıxan yeni H3N2 ştammının Şimal yarımkürəsində sürətlə yayılması səbəbindən ciddi xəbərdarlıqlar edirlər. Peyvənd proqramları başladıqca, erkən və şiddətli qrip dalğası Kanada, Birləşmiş Krallıq və Yaponiyada geniş yayılmağa başlayıb. Virus səbəbindən xəstəxanalara müraciət halları da artıb.
Mütəxəssislərin fikrincə, yeni H3N2 yay ərzində yeddi yeni mutasiya əldə edib ki, bu da onu bu ilki qrip peyvəndinə daxil olan ştammdan əhəmiyyətli dərəcədə fərqləndirir.
Fuad