Yeni canlı növünə futbolçunun adı veriləcək

10.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kabo-Verde yaxınlığında aşkar edilən yeni molyusk növünə ölkə millisinin qapıçısı Vozinyanın adı verilib.

Modern.az xəbər verir ki, bu barədə növü kəşf edən ispaniyalı alim açıqlama verib.

Alimin sözlərinə görə, yeni növün Vozinyanın şərəfinə adlandırılması onun dünya çempionatında İspaniyaya qarşı debüt matçında nümayiş etdirdiyi parlaq oyunu ilə bağlıdır.

Tədqiqatçı bildirib ki, qapıçı Kabo-Verde xalqı üçün milli qürur simvoluna çevrilib və gələcək nəsillərə ilham verir.

“Vozinya Kabo-Verdeni dünya futbol xəritəsinə çıxardı”, - deyə alim vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью