Yeni Ceyms Bond bəlli oldu 007 roluna gözlənilməz aktyor

17.11.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kino tarixinin ən məşhur casusunu bundan sonra Robert Pattinson canlandıracaq.

Kulis.az xəbər verir ki, “Amazon MGM Studios” noyabrın 16-da aktyorun yeni Ceyms Bond seçildiyini açıqlayıb.

Beləliklə, 2021-ci ildə “No Time to Die” filmi ilə obrazla vidalaşan Deniel Kreyqdən sonra 007 rolunu canlandıracaq yeddinci aktyorun kimliyi məlum olub.

Hələlik adı açıqlanmayan 26-cı Bond filminin rejissoru “Dune” və “Arrival” filmlərinin müəllifi Denis Villeneuve olacaq. Ssenarini isə “Peaky Blinders” serialı ilə tanınan Stiven Nayt yazır. Ekran əsərinin prodüserləri Devid Heyman və Emi Paskaldır. Pattinson seçimlə bağlı bunun həyatının ən böyük şərəflərindən biri olduğunu bildirib. Yeni filmin çəkiliş və nümayiş tarixi hələ açıqlanmayıb.

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı “Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var “Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью