Yeni Ceyms Bond o olacaq

08.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Britaniyalı aktyor Qari Oldman yeni Ceyms Bondun artıq seçildiyini, lakin aktyorun adının hələ açıqlanmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Oldman bu barədə Kanadanın “The Morning Show” proqramına açıqlamasında danışıb.

Aktyor yeni 007-nin kimliyini açıqlamaqdan imtina edib. O, “Yavaş Atlar” serialında həmkarı Cek Loudeni Bond rolunda görmək istədiyini bildirib.

“Onun qısa siyahıda olduğu barədə şayiələr yayılmışdı. Bunu tezliklə biləcəyik. Aktyor artıq seçilib, amma hələ açıqlanmayıb”, – deyə Oldman qeyd edib.

Qeyd edək ki, yeni Ceyms Bond filmini hazırlayan “Amazon MGM Studios” Loudenin rol üçün seçildiyini təsdiqləməyib. Studiyanın açıqlamasına görə, Bond obrazı üçün hələ də bir neçə aktyor nəzərdən keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью