“Yeni cəza sistemi yoxdur, nə var idisə, odur”

16.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Torpaqların kateqoriya dəyişikliyində hansı itkilər baş verirsə, onun dəyərləndirilməsi aparılır. Yeni cəza sistemi yoxdur, əvvəldən nə var idisə, odur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilən brifinqdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.

Onun sözlərinə görə, cəzalarla bağlı İnzibati Xətalar Məcəlləsində inzibati cərimələr nəzərdə tutulub.

Brifinqdə, həmçinin qeyd olunub ki, kateqoriya dəyişikliyi ilə bağlı rüsum nəzərdə tutulmayıb. Əgər dəyişdirilmə ilə bağlı əlavə araşdırmaya ehtiyac olarsa, xüsusi hallarda araşdırma üçün ödənişlər tələb oluna bilər.

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью