Yeni daimi nümayəndə kimdir? Tərcümeyihal KONKRET

20.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Əliyevin Sərəncamı ilə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin  edilmiş Tofiq Musayev kimdir?

KONKRET.az xəbər verir ki, o, AFFA-nın keçmiş prezidenti Fuad Musayevin oğludur.

Ölkəmizin xaricdəki elçisi haqqında məlum olanlar budur:

Tofiq Fuad oğlu Musayev hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra 2003-2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsili alıb. O, 2004-2008-ci ollərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alıb, daimi nümayəndənin müavini vəzifəsini tutur.

Yeri gəlmişkən, Tofiq Musayevin xanımı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız./yenisabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью