Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Daşkənd, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

AZƏRTAC xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.

Bakıda "Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan" parkının salınması xalqlarmız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью