Yeni Dehlidə hava keyfiyyəti son dövrlərin ən pis səviyyəsindədir

18.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistanın paytaxtı Yeni Dehlidə havanın keyfiyyəti “ağır” kateqoriyanın yuxarı həddini keçərək son vaxtlar qeydə alınan ən pis səviyyəyə çatıb.

Redaktor.az xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, Hava Keyfiyyəti İndeksi (AQI) məlumatları, Yeni Dehlidə milyonlarla insanın sağlamlığını təhdid edən hava çirkliliyinin səviyyəsinin son ölçmələrdə 481 olaraq qeyd edildiyini və "son dərəcə şiddətli" səviyyəsinə yüksəldiyini göstərib.

Məlumata görə, havanın çirklənməsi görmə məsafəsini 150 metrə qədər azaltdığından regionda uçuşlara və qatarların hərəkətində gecikmələr yaranıb. 

Seymur BƏNNAYEV 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью