Yeni dələduzluq növü Polisdən XƏBƏRDARLIQ Yeni Sabah

07.11.2024

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.

İddialara görə, telefon dərhal bloklanır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:

"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью