Yeni dələduzluq növü Saxta dəvətnamələrə diqqət edin

20.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Kibercinayətkarların vətəndaşlara toy dəvətnamələri göndərərək dələduzluq etdikləri barədə məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, son günlər vatsap mesajlaşma tətbiqi vasitəsilə vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi "toy dəvətnaməsi” kimi göndərilir.

Həmin faylı yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallarda diqqətli olmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью