Yeni dələduzluq növü yaranıb? Açıqlama

09.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.

Globalinfo.az xəbər verir ki, müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, “1” düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.

DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev “Xəzər Xəbər”ə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью