Yeni dələduzluq növü yayılıb? Polisdən xəbərdarlıq

07.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, “peyvənd olunmusunuzsa, 1 düyməsini seçin”, – deyə xahiş edilir.

İddialara görə, telefon dərhal bloklanır

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:

“Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью