Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

26.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni nəsil dərslik layihəsinin icrası çərçivəsində bir sıra beynəlxalq nəşriyyat və təhsil qurumları ilə əməkdaşlıq həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə əsas məruzəçi və təqdimatçı qismində çıxış edən fizika fənni üzrə müəllif Rasim Abdurazaqov qeyd edib.

Onun sözlərinə görə, İngiltərənin “Macmillan Education” nəşriyyatının beynəlxalq məktəblərin ibtidai sinifləri üçün hazırladığı “Happy Campers” dərslik komplektləri tətbiq olunub.

Həmçinin Cambridge University Press and Assessment tərəfindən ümumi orta təhsil səviyyəsinin 5–8-ci sinifləri üçün hazırlanan “Game Changers” və “Shape It” dərslik komplektlərindən istifadə edilib.

R.Abdurazaqov bildirib ki, Sinqapurun “Alston” nəşriyyatının mütəxəssislərinin koordinatorluğu və redaktorluğu ilə V–VI siniflər üçün “Təbiət” fənn kurikulumu və dərslik komplekti hazırlanıb.

Bundan başqa, “Marshall Cavendish Institute” mütəxəssislərinin koordinatorluğu və redaktorluğu ilə V–XI siniflər üçün “Riyaziyyat” fənn kurikulumu komplekti təkmilləşdirilib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью