Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehs
Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O qeyd edib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib: “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar.
Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzilənmir”.
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in qiymətinə necə təsir edəcək?
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Mİlli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib.
O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur.