“Yeni dini dəbin hədəf kütləsi kimlərdir?”

10.11.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Məzhəblər, təriqətlər dini dəyərin deyil, dini dəbin ətrafında birləşirlər. Təriqət liderlərinin həyatına baxın; şəhər-şəhər gəzib əhaliyə özlərinin dini düşüncələrini təklif edirlər. Bu düşüncələrin alıcıları ilə qapı-qapı düşüb mətbəx kombaynı satan firma əməkdaşlarının alıcıları arasında heç bir fərq yoxdur. Biri yeni dini dəbi alır, digəri yeni mətbəx əşyasını. Biri idealist alıcıdır, digəri materialist. Fərq yalnız ondadır ki, idealist alıcı aldığının qarşılığında özünü verir, materialist alıcı pulunu”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Yeni dini dəbin hədəf kütləsi kimlərdir? Şəxsiyyəti formalaşmamış yeniyetmələr, məktəblilər, özünə sürü axtaran kimsəsizlər, qrup maraqlarını şəxsi mənfəətinə çevirmək üçün fürsət gözləyən hiyləgərlər və s. Sekulyar bazar, məsələn, şortiki dəb salır ki, kişiləri də öz alıcısına çevirsin, sekulyar olmayan bazar da dini bir aksesuarı dəbə çevirir ki, ətrafına kütlə toplasın.Yəni məzhəbçilik, təriqətçilik bazara çıxarılmış dindir. Bu qədər çığır-bağır salmalarının səbəbi də əllərindəki matahı daha çox müştəriyə satmaq istəyindən doğur”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью