Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyada yeni dişlərin çıxmasını stimullaşdıra bilən və potensial olaraq diş implantları və protezləri əvəz edə biləcək dərmanın klinik sınaqlarına başlanılıb.
Lent.az-ın xarici KİV-ə istinadən bildirdiyinə görə, testlər yaşlı könüllülər üzərində aparılır və alimlər terapiyanın müxtəlif yaş qrupları üçün effektiv olacağını gözləyirlər.
Müalicə ideyası “diş qönçələri” adlandırılanların - üçüncü diş dəsti üçün əsas ola biləcək ilkin strukturların aktivləşdirilməsinə əsaslanır.
Normalda bu rudimentlər (rudiment orqan - bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır – red.) inkişaf etmir və zamanla yox olur.
Alimlərin hazırladıqları dərmanın tərkibində USAG-1 zülalını bloklayan və onların böyüməsinə mane olan anticisimlər var.
Bu, rudimentlərə tam hüquqlu dişlər yaratmağa imkan verir. Tədqiqatçılar ümid edirlər ki, dərman öz effektivliyini sınaqların ilk mərhələsin
Gələcəkdə anadangəlmə diş çatışmazlığı olan uşaqlarda (anodontiya), eləcə də zədə və ya xəstəlik nəticəsində dişlərini itirmiş böyüklər üçün