Yeni doğulan körpə öldü

04.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Oktyabrın 31-də saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 
Missiya.Az xəbər verir ki, bu barədə APA-nın Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb. Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью