Icma.az, Sia Az portalına istinadən məlumat yayır. “Pediatrlar yenidoğulmuş körpələrin bələnməsini bir çox səbəbə görə tövsiyə etmirlər”.
Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Səbinə Məmmədova deyib. Onun sözlərinə görə, əsas səbəblər bunlardır: 1.
Skelet və əzələ inkişafına maneə – Sıx bələnmə körpənin təbii hərəkətlərini məhdudlaşdırır və bud-çanaq displaziyasına (oynaq problemlərinə) səbəb ola bilər.
2. İstilik tənzimlənməsinin pozulması – Körpələr bələndikdə həddindən artıq istilənə bilər ki, bu da bədən temperaturunun təhlükəli səviyyəd
3. Tənəffüs problemləri – Sıx bələnmiş körpələrdə tənəffüs yollarına təzyiq ola bilər və bu, oksigen qəbulunu azalda bilər. 4.
SIDS (Birdən-birə beşik ölümü sindromu) riski – Xüsusilə, üzü aşağı və ya yan yatdıqda, bələnmiş körpələrdə bu risk arta bilər.
Pediatrların analara əsas məsləhətləri: Körpəni sərbəst geyindirin – Təbii hərəkətlərinə mane olmayan rahat və yüngül paltarlar seçin.
Bud-çanaq sağlamlığına diqqət edin – Körpənin ayaqlarını sərbəst hərəkət etdirməsinə imkan yaradın.