Yeni doğulanların sayında kəskin azalma

20.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 64 043 körpə doğulub.
Bizim.Media xəbər verir ki, bu barədə Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib. 
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,4-dən 8,3-ə enib.
Doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini isə qızlar təşkil edib. Körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olub.
 

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan iqtisadi rayonunda 10,7, Lənkəran-Astarada 10,2, Qarabağda 10,1, Şərqi Zəngəzurda 10,0, Quba-Xaçmaz və Mil-Muğanda 9,5, Qazax-Tovuzda 9,2, Mərkəzi Aran və Şirvan-Salyanda isə 9,1 təşkil edib.


Həmin dövrdə ölkədə 44 919 ölüm qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi dəyişməyərək 5,8 səviyyəsində qalıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью