Yeni doğulmuş körpəsini küçəyə atdı

22.04.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Ternopil vilayətində küçədən yeni doğulan körpə tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vışnivets kəndində qeydə alınıb.

Körpə xəstəxanaya aparılıb və orada müayinə olunub. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Polislər artıq yeni doğulmuş körpəsini küçəyə qoyan qadının şəxsiyyətini müəyyənləşdiriblər.

Onu 3 ilə qədər həbs gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью