Yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik Zahid Oruc | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zahid Oruc: “İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb” “Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil.
Prezident siyasi mövcudluğun əsas təminatını-qalib ordunu dünyaya göstərdi".
Bunu Milli Məclisin iclasnda deputat, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Deputat deyib ki, düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan Qüvvələri qoydu: "İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur.
Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub.
Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir.
Əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi.
Tam oxu
Xəbəri oxu