Yeni dünya gözəli seçildi FOTOLAR

06.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dominikan Respublikasının nümayəndəsi Joheirry Mola Dominguez “Miss World – 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

“Yeni Sabah” xəbər verir ki, final sentyabrın 5-də Vyetnamın Nyaçanq şəhərində, dəniz sahilində yerləşən 2 Aprel meydanında keçirilib.

Mola Dominguez 111 ölkə və ərazidən gələn iştirakçı arasında birinci yeri tutaraq “Miss World 2026” tacına sahib olub. İspaniyanın nümayəndəsi Elisabeth Reynés Alabern ikinci, Malayziyanın təmsilçisi Taanusiya Chetty isə üçüncü olub. pizza sifarişi

Joheirry Mola Dominguez Dominikan Respublikasının bu müsabiqədə ikinci qalibidir. Ölkənin ilk “Miss World” qalibi 1982-ci ildə Mariasela Álvarez olub. Beləliklə, Mola Dominguez 44 ildən sonra ölkəsinə ikinci dünya gözəlliyi titulunu qazandırıb.

2002-ci ildə Santo Dominqoda anadan olan Mola Dominguez müəllim, model və ictimai fəal kimi fəaliyyət göstərir. O, biznesin idarə edilməsi və administrasiyası üzrə təhsil alıb. Həmçinin aztəminatlı uşaqlar və gənclər üçün ingilis dilinə çıxış imkanlarının genişləndirilməsinə yönələn “Voices of Tomorrow” təşəbbüsünün təsisçisi və rəhbəridir.

“Miss World 2026” müsabiqəsində ümumilikdə 111 milli nümayəndə iştirak edib. Yarışın final mərhələsi Nyaçanqda dəniz kənarında qurulan böyük açıq səhnədə təşkil olunub.

Rəsmi “Miss World” məlumatına görə, səhnənin uzunluğu 110 metrdən çox, dərinliyi isə 30-40 metr arasında olub. Tədbir üçün 5 mindən çox oturacaq hazırlanıb, ümumilikdə isə 20 minə yaxın tamaşaçının finalı izləməsi gözlənilib.

Bu ilki müsabiqə həm də “Miss World”un 75 illik yubileyi ilə əlamətdar olub. Təşkilatın məlumatına görə, müsabiqə ilk dəfə 1951-ci ildə Londonda keçirilib. 2026-cı il finalı isə Vyetnamın ev sahibliyi etdiyi ilk “Miss World” yarışının yekunu olub.

Final gecəsində müxtəlif əlavə müsabiqələrin qalibləri də müəyyənləşdirilib. “Beauty With a Purpose” tituluna Malayziyanın nümayəndəsi Taanusiya Chetty layiq görülüb.

Növbəti “Miss World” müsabiqəsinin 2027-ci ildə Tanzaniyada keçirilməsi planlaşdırılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью