Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Dünya siyasəti son günlərdə iki böyük hadisə ilə silkələndi.
Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarında Avropa ölkələrinin liderləri ilə Prezident Donald Trampın görüşü, dünən isə Çində keçirilən hərbi paradda Rusiya, Çin və Şimali Koreya rəhbərlərinin birlikdə ön sırada görünməsi beynəlxalq gündəmi dəyişdi.
İki qütbün simvolik şəkildə bir-birinə mesaj göndərməsi yeni çağırışların başlanğıcı kimi dəyərləndirilir.
Trampın Avropa liderləri ilə görüşündə əsas müzakirə mövzusu Qərbin gələcək təhlükəsizlik arxitekturası olub.
ABŞ Avropa İttifaqı (Aİ) ölkələri ilə münasibətlərini bərpa etmək, Rusiyanın təcavüzü fonunda NATO-nun birliyini möhkəmləndirmək istəyir.
Lakin Vaşinqtonun Avropanı daha çox maliyyə və hərbi yük daşımağa məcbur etməsi qitə paytaxtlarında narahatlıq doğurur.
Avropa liderləri ABŞ-nin öz daxili siyasi qeyri-müəyyənliyi fonunda dayanıqlı tərəfdaş olub-olmayacağını sual altına alırlar.
Buna cavab kimi, demək olar ki, eyni günlərdə Çində keçirilən möhtəşəm hərbi paradda Moskva, Pekin və Pxenyan rəhbərlərinin yan-yana dayanması böyük rəmzi məna kəsb etdi.