Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Yeni Dünya Nizamı anlayışı son illər tez-tez müzakirə olunur. Bu kontekstdə "Köhnə dünya nizamı"nın nə vaxt bitməsi sualı yaranır. Qlobal güc balansındakı dəyişikliklər, müharibələr, iqtisadi böhranlar və geosiyasi qarşıdurmalar yeni dünya düzəninin formalaşmasına necə təsir göstərir?
Bu suallara Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ilə cavab tapmağa çalışdıq. Əli Zülfüqaroğlu Demokrat.az-a şərhində bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının tam çöküş prosesinə qədəm qoyduğunu və artıq sona çatdığını söyləmək olar.
Onun fikrincə, geosiyasi böhran, müharibələr, iqtisadi təlatümlər də məhz bunun, yeni dünya nizamına keçidin nəticəsidir:
“İkinci Dünya Müharibəsindən sonra dövlətlərin iqtisadiyyatı çökmüşdü və dövlətlər beynəlxalq banklardan asılı vəziyyətə düşmüşdü. Bundan istifadə edən beynəlxalq banklar öz şərtlərini diktə etdilər, mərkəzi bankların statusunu müəyyənləşdirdilər və sonrakı mərhələdə isə ABŞ dolları “funt sterlinq”i sıxışdırdı və dünyanın rezerv valyutasına çevrildi. Dövlətlər buna həm də ona görə asanlıqla razı oldular ki, çünki dollar qızıla indeksli, yəni güvənli idi. Bu sistem tədricən ABŞ və Avropada güclənməyə və siyasi hakimiyyətlərə yiyələnməyə başladı. Xüsusilə 1971-ci ildə qızıla indeksli dollar sistemi ləğv edildi, dolların rezerv valyuta olaraq qalmasını şərtləndirən petro-dollar sistemi quruldu. Bununla da FED istədiyi həcmdə dollar çap etmə fürsəti əldə etdi. Fransa başda olmaqla buna qarşı çıxan ölkələr və liderlər susduruldu. Nəticədə dünyada fərqli mənzərə formalaşdı və beləliklə də qlobal maliyyə oliqarxiyası ABŞ və Avropada siyasi idarəetməni təsir altına aldı. Bununla da dünya nizamı bu sistemin şərtləri əsasında şəkilləndirildi”.
Ekspert bu sistemin təbii olaraq çökdüyünü qeyd edib.
“Çünki dünyanın real iqtisadiyyatı təqribən 110 trilyon, amma xarici borcu 320 trilyon dollara qədərdir. Dünyada dollar kütləsi dövlətlərin milli gəlirindən o qədər çoxdur ki, sürətli inflyasiya və ya hiperinflyasiyanın qarşısının alınması mümkünsüzdür. Bu da o deməkdir ki, petro-dollar sisteminin davam etməsi mümkün deyil, dünyada yeni rezerv valyutaların yaranacağı qaçılmazdır. Bir sıra ölkələrin mərkəzi banklarının sürətlə qızıl alması dolların aqibəti ilə bağlı real mənzərəni ortaya qoyur”.
Siyasi şərhçi bu prosesin ilk növbədə ABŞ-nin taleyini müəyyənləşdirəcəyini diqqətə çatdırıb.
“Dollar rezerv valyuta olmadan ABŞ heç bir zaman supergüc ola və dünyanın bir nömrəli ordusuna sahib ola bilməz. Ona görə də Tramp çalışır ki, ABŞ-da sənaye güclənsin, Çindəki Amerika şirkətləri ABŞ-yə gəlsin. Problem ondan ibarətdir ki, Trampa qarşı əsas maneə elə FED-dir. Ona görə də Tramp istər dünyada, istərsə də ABŞ daxilində güclənmək və yüksələn Çinlə rəqabət aparmaq potensialını qorumaq üçün digər güclü dövlətlərlə, xüsusilə Rusiya və Türkiyə ilə hesablaşmağa məcburdur. Amerika qitəsi, Körfəz ölkələri və Avropa İttifaqı ABŞ iqtisadiyyatı üçün vazkeçilməzdir. Ona görə də bu gün Avropa İttifaqının müstəqil geosiyasi aktor olmaq cəhdləri ABŞ üçün ciddi təhdid hesab olunur və Vaşinqton heç bir halda bununla barışmaq niyyətində deyil. Bu isə ABŞ-Avropa İttifaqı və ABŞ-Kanada münasibətlərində ziddiyyətləri dərinləşdirir. Nəticədə Qərb bloku və NATO-nun dağılma perspektivi güclənir. Bu isə dünyada fərqli proseslərin əsasını qoyur.
Ekspertin fikrincə, dövlətlər geosiyasi dağıntıdan sığortalanmaq və az zərərlə çıxmaq üçün yollar axtarır, müxtəlif ittifaqlar, hərbi bloklar yaratmaq haqqında düşünür:
“Ona görə də dünya daha ağır iqtisadi, siyasi böhranın, hərbi qarşıdurmaların astanasındadır və dünya əhalisini daha təhlükəli mərhələlər gözləyir. Yeni dünya nizamı bu mərhələ keçilmədən qurula bilməz, bu proseslər isə 3-5 ilə yekunlaşmayacaq”.
Qeyd edək ki, dünya nizamının dəyişməsi prosesi qlobal güc balansı, iqtisadi böhranlar və geosiyasi qarşıdurmalarla birbaşa bağlıdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bu suallara Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ilə cavab tapmağa çalışdıq. Əli Zülfüqaroğlu Demokrat.az-a şərhində bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının tam çöküş prosesinə qədəm qoyduğunu və artıq sona çatdığını söyləmək olar.