Yeni dünya nizamında ABŞdəki seçkilərin ROLU: “Dərin dövlət” və…” Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır. “ABŞ-da keçiriləcək Prezident seçkiləri dünyanın gələcəyi baxımından önəm daşıyır.
İstər Ukrayna müharibəsinin gələcəyi, istərsə də dünyanın bir sıra regionlarında olan qarşıdurmaların taleyi ABŞ seçkilərinin nəticəsindən böyük ölçüdə asılı olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi sabah – noyabrın 5-də ABŞ-də baş tutacaq prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.
Analitik xatırladıb ki, Tramp hakimiyyətinin ilk günündə Ukrayna müharibəsini bitirəcəyini deyib, demokratlar isə sona kimi Ukraynaya dəstək olacaqlarını açıqlayıblar: “Amma bunun hansının Ukraynaya sərfəli olacağının özü də mübahisə predmetidir.
“Trampın Ukrayna torpaqlarının itkisi hesabına müharibəni dayandırması, yoxsa on minlərlə insanın məhv edilməsi hesabına müharibənin davam etdirilməsi” çətin sualdır.
Lakin hesab edirəm ki, insan itkisindənsə, torpaq itkisi daha məqbuldur.
Yəni Trampın hakimiyyətə gəlməsi durumunda torpağı nə vaxtsa geri almaq olar, amma insan itkisini geri gətirmək olmur”.
Tam oxu
Xəbəri oxu