Yeni dünya nizamında Azərbaycan, Türkiyə və Pakistan birliyi siyasi, iqtisadi və hərbi güc kimi formalaşıb

29.05.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan və Pakistan iki dost və qardaş ölkələrdir. Bizim dostluğumuz böyük tarixə söykənir və sınaqlardan çıxmışdır. Pakistan, 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımayıb. Torpaqlarımız işğal altında olduğu dövrdə Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və 44 günlük Vətən müharibəsi zamanı da böyük siyasi və mənəvi dəstəyini ifadə edib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib. Deputat qeyd edib ki, Azərbaycan da bir dost və qardaş ölkə olaraq Pakistanın çətin günlərində həmişə yanında olmağa çalışıb və dəstəyini əsirgəməyib.

Azər Badamov

“Təbii fəalkətlərdən əziyyət çəkən zaman Azərbaycan dövləti Pakistana öz maddi dəstəyini göstərib. O cümlədən, Heydər Əliyev Fondu Pakistanda dağılmış məktəblərin yenidən qurulmasında yaxından iştirak edərək, humanitar dəstək proqramları ilə töhfə verib.

Hindistan Pakistana düşməncəsinə hücum etdiyi zaman Azərbaycan və Türkiyə Pakistanın yanında olduğunu və hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib. Azərbaycan Cəmmu və Kəşmir məsələsində də Pakistanın mövqeyini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edəcəkdir”-deyən Azər Badamov vurğulayıb ki, baş nazir Məhəmməd Şahbaz Şərifin "Müstəqillik" günümüzdə işğaldan azad etdiyimiz Laçına gəlməsi və bizim bayram sevincimizə şərik olması, qardaşlığın nümayişi və düşmənlərimizə bir mesajdır.

“Bu gün yeni dünya nizamı formalaşır. Yeni dünya nizamında Azərbaycan, Türkiyə və Pakistan birliyi siyasi, iqtisadi və hərbi güc kimi meydana gəlib. Bu birlik bizi daha da güclü edir və dünyada sözümüzün təsirini artırır”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью