Yeni dünya rekordu

16.10.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərakeş yığması qələbə seriyası üzrə yeni dünya rekordu müəyyən edib.

“Opta”nın məlumatına görə, Valid Reqraqinin komandası DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Konqonu 1:0 hesabı ilə məğlub edib. Nəticədə komanda ardıcıl 16-cı qələbəsini qazanıb. Mərakeş 15 matçlıq qələbə seriyası olan İspaniya və Almaniya yığmalarını arxada qoyaraq yeni rekordçu olub.
Qeyd edək ki, Mərakeş millisi artıq sentyabr ayında DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью