Icma.az bildirir, Sherg.az portalına istinadən. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniya Respublikasın
Nazirlə qonaq arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlərdə Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb.
BMT, ATƏT və Avropa İttifaqı təsisatları çərçivəsində ölkələrimizin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib. Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunu
Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb.
Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və bağlantılar sahələrində əməkdaşlığın tam potensialından faydalanmaq üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.