Yeni elektrikli skuter Teslaya meydan oxuyur... | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bo Turbo 100 mil sürətlə gedir...
...Britaniyanın Bo şirkəti 160 km/saat sürətə çata bilən, sürətlənmədə Tesla Model 3-dən üstün olan və bir şarjla 240 km məsafə qət edə bilən yeni elektrikli skuterini təqdim edib.
SİA-nın məlumatına görə, bu barədə Newsweek yazır. Bo M modeli əsasında hazırlanmış Turbo, 18 ay sınaqdan keçirilib.
Şirkətin həmtəsisçisi və baş direktoru Oskar Morqanın sözlərinə görə, bu ideya mövcud e-skuterlərdən məyusluqdan yaranıb: "Onlar ya çox zəifdir, ya da həddindən artıq ifratdır.
Biz "skuterlər arasında yolsuzluq avtomobili - güclü, keyfiyyətli və şık" istəyirdik.
...Bo Turbo 88 voltluq akkumulyatorla təchiz edilib ki, bu da bir dəfəyə 1500 iPhone-u doldurmağa bərabər güc verir.
İlk sınaqlar skuterin 137 km/saat sürətləndiyi Qudvud trekində baş tutub. Daha sonra elan edilən 160 km/saata çata bilib.
Tərtibatçılar yalnız texniki xüsusiyyətlərə deyil, həm də estetikaya diqqət yetirdilər.
Tam oxu
Xəbəri oxu