Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüş hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra strateji məsələlər müzakirə edilib və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımlar atılıb.
Bu, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında önəmli bir mərhələ hesab olunur.Dövlətimizin başçısı mətbuata bəyanatında bu tarixi səfərin ölkələr arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını bildirib.
Görüş zamanı iqtisadi, ticari, müdafiə və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün müxtəlif razılaşmalar əldə olunub.
Sənədlərdə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Azərbaycan və Somali iqtisadi sahədə əməkdaşlıq imkanlarını genişləndirməyə hazır olduqlarını bəyan ediblər.
Görüşdə sərmayə qoyuluşları və ticari əlaqələrin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub.